“Ayda bir dəfə manikürə və pedikürə gedirəm” – xalq artisti

“Ayda bir dəfə manikürə və pedikürə gedirəm” – xalq artisti
Want create site? Find Free WordPress Themes and plugins.

Xalq artisti Səməd Səmədov kişilərin xəyanətindən danışıb.

A24.az-ın məlumatına görə, müğənni “Hər şey daxil” verilişində xanımının heç vaxt makiyajdan istifadə etmədiyini deyib:

“Arvaddan qorxmayan kişi deyil. Gələn il ailə qurmağımızın 40 illiyidir. Xəyanət mənlik deyil. Mənim yanımda həmişə gözəl qadınlar olub: Ruhəngiz Allahverdiyeva, Bəsti Bəkirova, Sevda Əliqızı. Məni onlar cavan saxlayıb. 70 illik yubileyimi təzəcə qeyd etmişəm.

Toydan qabaq mən həyat yoldaşıma xəbərdarlıq etdim ki, toy, məclis adamıyam. Ola bilər, evə gecə saat 12-də gəlim, ola bilər səhər gəlim. Qısqanclıq olmasın. Mənim peşəm xalqın qarşısında, toylarda iştirak etməkdir”.

S.Səmədov xanımının heç vaxt makiyajdan istifadə etmədiyini söyləyib:

“Makiyaj edən xanıma həsrətəm. Mənim həyat yoldaşım heç vaxt makiyaj etmir. Özüm də baxımlı olmağı sevirəm. Ayda bir dəfə manikürə və pedikürə gedirəm”. (axşam.az)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar