A24 Xeber

Ayda insanları gözləyən böyük təhlükə üzə çıxdı

Ayda insanları gözləyən böyük təhlükə üzə çıxdı
67
10 May 2018 - 15:57

Artıq uzun illərdir ki, Aya gedilmir və hər kəs bunun səbəbini öyrənməyə çalışır. Ancaq hazırda Ay ilə bağlı yeni bir təhlükənin olduğu üzə çıxıb.

“A24.az” xəbər verir ki, ABŞ-ın Stony Brook Universitetinin elm adamları Ay tozu haqqında vacib məlumat paylaşıb. Araşdırmalara görə Ay tozuna məruz qalmaq ciddi təhlükələrə yol açır.

Simulyasiya edilmiş Ay torpağı ilə həyata keçirilən testlərdə bu toz hissəcikləri insanın ağ ciyər hüceyrələrinin 90 faizini öldürür. Siçanlar üzərində gerçəkləşdirilən sınaqlarda tozun neyron və sinir hüceyrələrini məhv etdiyi müşahidə edilib. Bundan başqa xərçəng riski olduğu da ortaya çıxıb.

Dünyadan fərqli olaraq Ayda atmosfer olmadığı üçün bu mühitdəki torpaq milyon illərdir ki, hədsiz isti, kosmik işıq partlayışlarına və mikrometeoritlərin toqquşmasına məruz qalır. Oksigensiz, susuz və bioloji aktivliyin olmadığı mühitdə kiçik, kimyəvi olaraq reaktiv tozlar əmələ gəlir. Ona görə də Aydakı torpaq toz halında  peykin üzərini örtür və astronomların geyimlərinə yapışaraq böyük təhlükə yaradırlar.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00