Ayda nəhəng tunellər tapıldı

Ayda nəhəng tunellər tapıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Yapon alimləri Ayda nəhəng yeraltı tunel aşkarlayıblar. Onlar çoxkilometrli keçidi Kagula aparatının apardığı çəkilişlərin köməyi ilə müəyyən ediblər.

“A24.az” “Sputnik”ə istinadən xəbər verir ki, hələ 2009-cu ildə alimlər Yerin təbii peykindəki “Marius hills”in (Marius təpələri) platosundakı çuxurların öyrənilməsinə başlayıblar. Sözügedən tunel də elə həmin platonun öyrənilməsi zamanı üzə çıxıb.

Daha sonra NASA-nın “Gravity Recovery and Interior Laboratory” missiyası sözügedən rayonda qravitasiya anomallığı müşahidə edib. Bu anomallıq isə Ayın səthi altındakı böyük boşluqlardan ibarətdir. Alimlər həmin tunelə Ay çuxurları adlandırılan yerlərin tədqiqatı prosesi zamanı gedib çıxıblar. Alimlər hələlik o tunelin nəyi ehtiva etdiyini tam əminliklə ayırd edə bilməyiblər. Onların bir neçə variantı var: lava kanalları, maqma çıxışları və yaxud üfüqi keçid.

Lakin mütəxəssislər hesab edirlər ki, sözügedən tunellərdən insanların ilk yaşayış yeri kimi istifadə oluna bilər. Bu sığınacaq radiasiya və yüksək temperaturdan müdafiə üçün yararlıdır.

“Onlar gələcək yaşayış üçün əsaslar sırasına daxil edilə bilər” – deyə alimlər “Lunar and Planetary Science”ın 48-ci konfransında bildiriblər. “Populyar mexanika” nəşrinin yaydığı məlumata görə, ekspertlərin Aydakı tunellərlə bağlı başqa versiyaları da var. Həmin versiyalara görə, sözügedən tunellər insan yaradıcılığının məhsuludur.

“Böyük ehtimalla yad planetlilər çoxdandır Ayda məskunlaşıblar və sözgedən tunelləri də orada möhkəmlənmək və hərbi bazalarını yerləşdirmək məqsədilə salıblar” – deyə ekspertlər bildirib.

Qeyd edək ki, 1971-ci ildə astronavt Devid Skott ABŞ-ın bayrağı altında Aya uçub. Həmin bayraq isə satış üçün hərraca çıxarılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar