A24 Xeber

Ayda yeriyən 4-cü insan VƏFAT ETDİ- FOTOLAR

Ayda yeriyən 4-cü insan VƏFAT ETDİ- FOTOLAR
76
28 May 2018 - 19:24

1969-cu ildə “Apollo 12” ilə Aya gedib və orada yerimə şansı qazanan Alan Bin 86 yaşında vəfat edib.
A24.Az xəbər verir ki, o adıçəkilən planetdə yeriyən sayca 4-cü insan olub.
Məsələ ilə bağlı ilkin açıqlamanı ABŞ nəzdində fəaliyyət göstərən NASA verib.

Qeyd edək ki, o Çarlz Konrad ilə səthi araşdırmalar aparıb. Yer kürəsinə- dünyamıza araşdırmaq üçün 34 kq qaya və torpaq hissəcikləri gətirib. Həmin müddətdə isə o Ayda 31 saat vaxt keçirib.
86 yaşında vəfat edən Bin 1981-ci ildə NASA-dan təqaüdə çıxıb. Ömrünün qalan hissəsini isə o rəssamlıqla məşğul olub. Belə ki, Bin qalan həyatını Aya getdiyi həmin dövrləri təsvir etməklə keçirmişdir.

Xəyalə Vaqif, A24.Az

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00