Azad Rəhimov Azərbaycan idmançılarının "Rio-2016"dakı çıxışlarını dəyərləndirib

Azad Rəhimov Azərbaycan idmançılarının “Rio-2016″dakı çıxışlarını dəyərləndirib
Want create site? Find Free WordPress Themes and plugins.

“Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarından sonra statistik rəqəmlər, idmançılarımızın 18 medal qazanması Azərbaycanı xüsusi yerə qoyur.”

“A24.az” “Report”a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov “Rio-2016″da Azərbaycan idmançılarının çıxışlarını olimpiadaya ezam olunmuş jurnalistlərə müsahibəsində dəyərləndirərkən bildirib.

O deyib ki, Azərbaycan dünyada idmançıların faydalılığına görə birinci yerdədir: “Bu, məşhur “Telegraf” agentliyinin yaydığı məlumatda da əks olunub. Həmin məlumatda ABŞ 3-cü yerdə göstərilib. Medal sayı baxımından 207 ölkə arasında 15-ci sıradayıq. Bu da inanılmaz dərəcədə yüksək nəticədir. Avropada 7-ci, İslam ölkələri arasında 1-ci, MDB-də 2-ci yerdəyik. Bunlar çox yüksək, gözlənilməz nəticələrdir. Medal keyfiyyəti baxımından isə 39-cu sıradayıq. Baxmayaraq ki, “London-2012″də 30-cu idik. Amma gümüş medalların sayı “qızıl”ları ikiqat əvəzləyir. Sevindirici hal odur ki, 2 deyil, 5 idman növündə medal qazanmışıq.”

Onun sözlərinə görə, bizi qızıl medal sayında qabaqlayanlar 2, maksimum 3 növdə medal əldə ediblər.

“Həmin ölkələr üstünlüyü bu növlərə veriblər, digər növlər diqqətdən kənarda qalıb. Amma bizim geniş tərkib, 5 növdə medalların qazanılması onu göstərir ki, bizdə hər istiqamətə fikir verilir, nəticə də üzdədir”, -deyə A.Rəhimov diqqətə çatdırıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar