A24 Xeber

Arif Rəhimov Vergilər Nazirliyini məhkəməyə verdi

Arif Rəhimov Vergilər Nazirliyini məhkəməyə verdi
147
08 May 2018 - 10:20

Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimova məxsus Bakı şəhər Halqası Əməliyyat Şirkəti məhkəməyə müraciət edərək Vergilər Nazirliyinə qarşı iddia qaldırıb.

“A24.Az”ın qafqazinfo-ya istinadla verdiyi xəbərə görə, cavab kimi nazirliyin Bakı şəhəri Lokal Gəlirlər Departamenti və Bakı şəhəri Milli Gəlirlər Departamenti tanınıb.

Şirkət nazirliyin vergi yoxlamarı ilə bağlı “müəyyən hərəkətləri etməkdən çəkinmə”sini tələb edib. İlk olaraq nazir oğlunun şikayətinə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb. A.Rəhimovun şirkətinin şikayəti qismən təmin edilib.

Nazirlik isə qərardan narazı qalıb və apellyasiya şikayəti verib. Hazırda işə Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzə Tağızadənin sədrliyi ilə baxılır.

Qeyd edək ki, Bakı şəhər Halqası Əməliyyat Şirkəti Azərbaycanda “Formula 1 Qran Prisi” yarışlarını keçirir.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00