A24 Xeber

AZAL bu istiqamətlərdə BİRBAŞA REYSLƏR AÇIR

AZAL bu istiqamətlərdə BİRBAŞA REYSLƏR AÇIR
34
03 Aprel 2018 - 10:45

İyunun 8-dən etibarən “Azərbaycan Hava Yolları” QSC-nın (AZAL) Moskva-Lənkəran-Moskva marşrutu üzrə birbaşa reysləri açılacaq.

“Report” AZAL-a istinadən xəbər verir ki, reyslər “Airbus A320” təyyarələri ilə hər həftə cümə günləri yerinə yetiriləcək.

“Vnukovo” Beynəlxalq Aeroportundan (VKO) uçuş yerli vaxtla saat 10:00-da, Lənkəran Beynəlxalq Aeroportuna eniş yerli vaxtla saat 14:10-da. Lənkərandan uçuş yerli vaxtla saat 15:40-da, Moskvaya eniş yerli vaxtla saat 17:50-də.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz: (+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880) E-mail: [email protected]

Qeyd edək ki, yay cədvəli çərçivəsində Moskvaya Azərbaycanın digər bölgələrindən də – Gəncə (aprelin 13-dən) və Qəbələ (iyunun 4-dən) AZAL-ın reysləri yerinə yetiriləcək. Bu istiqamətlər üzrə reyslər Rusiyanın turizm şirkətləri ilə birgə tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilir.

Bundan başqa, ilk milli loukoster “Buta Airways” Gəncədən Moskvaya birbaşa reyslər həyata keçirir.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00