A24 Xeber

AZAL-ın təyyarəsi məcburi eniş etdi

AZAL-ın təyyarəsi məcburi eniş etdi
48
08 May 2018 - 10:30

Bakı-İstanbul reysini yerinə yetirən təyyarə texniki səbəbdən geri qayıdıb.

“A24.az” xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (AZAL) məlumat verilib.

Yerli vaxtla saat 08:59-da uçan AZAL-ın J2-075 Bakı (GYD) – İstanbul (IST) reysini yerinə yetirən hava gəmisinin komandiri texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna geri dönmək qərarını qəbul edib.

Təyyarə Bakı hava limanında yerli vaxtla saat 09:33-də uğurlu eniş edib. Reysin sərnişinləri digər bir təyyarə ilə İstranbula yola salınacaqlar.

Reysinin statusu yeniləndikcə əlavə məlumat veriləcək.

AZAL yaranan narahatlığa görə üzr istəyir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00