A24 Xeber

AZAL və “Buta Airways”-dən Ramazan hədiyyəsi: BAQAJ PULSUZ OLACAQ

AZAL və “Buta Airways”-dən Ramazan hədiyyəsi: BAQAJ PULSUZ OLACAQ
71
25 May 2018 - 16:40

AZAL və “Buta Airways” sərnişinləri üçün Ramazan kampaniyası təşkil edib. 

A24.Az xəbər verir ki, 15-17 iyun tarixlərində tarixində yerinə yetiriləcək bütün reyslərinin sərnişinlərə bir baqaj yeri pulsuz təqdim olunacaq.

Beləliklə, “Azərbaycan Hava Yolları”nın reyslərində sərnişinlər aviabiletin tarifindən asılı olaraq əldə edəcəklər:

Ekonom-siniftarifə daxil olan 23 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus;

Biznes siniftarifə daxil olan hər biri 32 kq-a qədər iki baqaj yeri +23 kq-a qədər bonus;

Comfort Clubtarifə daxil olan hər biri 32 kq-a qədər iki baqaj yeri +23 kq-a qədər bonus;

VIP Clubtarifə daxil olan hər biri 32 kq-a qədər üç baqaj yeri +23 kq-a qədər bonus.

AZAL aviaşirkətinin qaydalarına əsasən, üç ölçünün cəmi üzrə baqajın qabaritləri 158 sm-dən çox olmamalıdır.

Milli loukoster “Buta Airways”in reyslərində sərnişinlər aviabiletin tarifindən asılı olaraq əldə edəcəklər:

“Büdcə” tarifi – 23 kq-a qədər bir yer bonus pulsuz baqaj;

“Standart” tarifi tarifə daxil olan 10 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus

“Super” tarifi tarifə daxil olan 23 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus.

Buta Airways” aviaşirkətinin qaydalarına da əsasən, üç ölçünün cəmi üzrə baqajın qabaritləri 158 sm-dən çox olmamalıdır.

Baqajın daşınması qaydaları haqqında əlavə məlumatı AZAL https://www.azal.az/az/information/baggage  və “Buta Airways” aviaşirkətlərinin https://www.butaairways.az/az/information/baggage  saytlarında əldə etmək olar.

Nərmin Kərim, A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00