Azərbaycan aclıq təhlükəsi ilə üzləşən 4 ölkəyə yardım göndərib

Azərbaycan aclıq təhlükəsi ilə üzləşən 4 ölkəyə yardım göndərib
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan aclıq təhlükəsi ilə üzləşən 4 ölkəyə yardım göndərib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən a24.az-a verilən məlumata görə, nazirliyin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə Somali, Yəmən, Cənubi Sudan və Nigeriyanın şimal-şərq hissəsində yaranan humanitar böhran ilə bağlı qida çatışmazlığından əziyyət çəkən insanlara BMT-nin xətti ilə 50.000 ABŞ dolları məbləğində yardım göstərilib.

Azərbaycan tərəfindən edilən bu yardım BMT baş katibi Antonio Quterreşin müraciəti əsasında həyata keçirilib. BMT-nin baş katibinin müraciətində aclıq təhlükəsi ilə üzləşən 20 milyondan çox insana, xüsusilə azyaşlı uşaqlara və qadınlara dəstək göstərilməsi və bu humanitar böhranın aradan qaldırılması üçün qeyd olunan dövlətlərlə əlaqələndirilmiş şəkildə vaxtında və ünvanlı humanitar fəaliyyətin zəruri olduğu bildirilib və yardımın edilməsi xahiş olunub.

XİN-dən bildirilib ki, davamlı iqtisadi artım Azərbaycana öz milli inkişaf strategiyasına diqqəti yönəltməklə yanaşı, beynəlxalq inkişafı da fəal şəkildə dəstəkləməyə imkan verib. Azərbaycan Heydər Əliyev Fondu, AİDA və digər qurumlar vasitəsilə beynəlxalq humanitar yardım və davamlı inkişaf layihələrini dəstəkləyir.

2017-2019-cu illər üçün Azərbaycanın BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsi davamlı inkişafa dair aparılan müzakirələrdə daha fəal rol oynamaq və beynəlxalq səviyyədə inkişafa töhfə vermək üçün əlavə imkanlar yaradır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar