A24 Xeber

Azərbaycan bazarında milyonluq avtomobillər – Sifarişlə gətizdirilir

Azərbaycan bazarında milyonluq avtomobillər – Sifarişlə gətizdirilir
53
29 Avqust 2018 - 10:09

Azərbaycanda dəyəri 100 min manatdan baha olan avtomobillərə tələb bazarda ümumi tələbin təqribən 15 faizi həcmindədir.

“A24.az” bildirir ki, bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmanlı qeyd edib ki, Azərbaycanda maşın bazarında dəyəri kifayət qədər baha olan, hətta bir milyon manata qədər olan avtomobillər satılır, ancaq bunlar kütləvi deyil, çox az saydadır və xüsusi sifarişlə gətirilir.

Ekspertin sözlərinə görə, Azərbaycanda avtomobil bazarında əsas tələbat qiyməti təqribən 8-15 min manat arasında olan avtomobillərədir.

O qeyd edib ki, qiyməti 40 min manatdan baha avtomobillərə tələb bir qədər aşağı səviyyədədir.

R.Osmanlı bildirib ki, bu amil Azərbaycana nəqliyyat vasitələrinin idxalında özünü göstərir: “Əgər rəsmi nümayəndəliklər il ərzində 40 avtomobil idxal edirsə, onun 35-i orta və ortadan aşağı qiymət kateqoriyasına aid olan avtomobillərdir. Yalnız 5-i orta qiymətdən yuxarı olanlardır”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00