A24 Xeber

Azərbaycan brendləri oğurlanır – VİDEO

Azərbaycan brendləri oğurlanır – VİDEO
98
09 Mart 2018 - 22:53

Azərbyacanın məşhur yer adları Meksika,Türkiyə və bir sıra Avropa ölkələrində brendləşdirilərək, Azərbaycanla heç bir bağlantısı olmadığı halda məhsullar satılır.

Bu hal Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Patent və Əmtəə Nişanları Mərkəzinin əməkdaşları tərəfindən aşkar edilib.

Bəzi ölkələrdə isə artıq bu adla brendlər qeydiyyata alınıb. Bunun ləğv edilməsi yalnız məhkəməyə müraciət etməklə mümkündür. Bunun üçün isə eyni adla məhsul istehsal edən sahibkarlar maraq göstərməlidir.

Bir çox dünya ölkələrində olduğu kimi, Azərbaycanın da üzv olduğu Paris Konvensiyasına əsasən, bağlılığı olmadığı halda məkan adının brendə verilməsi qadağandır.

Qeyd edək ki, Latviyada Ağdam Şərabı brendi altında məhsul istehsal edildiyi üçün sahibkarın da şikayəti ilə həmin məhsuldan nümunə Azərbaycana gətirilib və hazırda labaratoriya şəraitində araşdırma aparılır.

https://youtu.be/NHrhvWtqDW0

A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00