A24 Xeber

Azərbaycan bu növ pendirlərdə YERLİ İSTEHSALATA başlayır

Azərbaycan bu növ pendirlərdə YERLİ İSTEHSALATA başlayır
69
12 May 2018 - 16:02

Bu gün ABŞ səfirliyinin səfir müavini vəzifəsini müvəqqəti icra edən Karter Vilbur və Azərbaycanın İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Saatlı rayonunun Günəşli kəndində təmirdən çıxmış süd toplama və emalı müəssisəsinin açılışını ediblər.

A24.Az xəbər verir ki, Səfirlikdən verilən məlumata görə, həmin müəssisə Azərbaycanda ilk dəfə sarı pendir istehsal edəcək.

Tədbirdə Saatlı rayon icra hakimiyyətinin, yerli bələdiyyənin nümayəndələri və yerli sakinlər iştirak edib.

Yerli sakinlər ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi Sosial-İqtisadi İnkişaf Fəaliyyəti adlı layihə haqqında eşidəndə onlar artıq nə edəcəklərini dəqiq bilirdilər. USAID-in yerli tərəfdaşı Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) beş kəndin icma üzvləri ilə birgə çalışaraq köhnəlmiş süd toplama məntəqəsini təmir etdilər – məntəqə yerli fermerlərin istehsal etdiyi süd həcminin öhdəsindən gələ bilmirdi, bu isə südü sata bilmədiklərindən korlanma nəticəsində fermerlərin gəlirlərinə təsir edirdi. Yerli sakinlər həmçinin qərara gəldilər ki, yeni avadanlıq quraraq sarı pendir istehsal etsinlər.

Müəssisənin yeni avadanlığı əvvəlkindən daha tez südü emal edəcək və süd məhsulları istehsal edəcək, yerli fermerlərdən daha çox süd qəbul edəcək, korlanma nəticəsində itirilən südün həcmini azaldacaq və fermerlərin gəlirlərini artıracaq. İndi müəssisə bütün südü istifadə edərək pendir istehsal edə biləcək. Müəssisənin 20 ton saxlanc imkanı var və 400 kq brınza pendiri və 500 kq sarı pendir istehsal etmək gücündədir. Müəssisə 12,700-dən çox sakini olan Günəşli, Nəsimikənd, Fətəlikənd, Şirinbəy və Varxan kəndlərinin yerli iqtisadiyyatının inkişafına kömək edəcək.

Layihənin icrasında iştirak etmiş Günəşli kənd sakini Kərəm Qoçiyev deyib: “Əlavə gəliri fermerler heyvandarlığa xərcləyəcəklər, yəni mal-qaranı təkcə otla deyil, həm də yemlə təmin edəcəklər. Bu həm südün həcmini, həm də keyfiyyətini artıracaq. Bu da məhsulun keyfiyyətini artıracaq”.

ABŞ və Azərbaycan 105 müxtəlif icmada 120 icma layihəsi həyata keçirib. Bu layihələrdən 206,000-dən çox insan faydalana bilir. Bu layihələr sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir(trend).

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00