Azərbaycan bu tarixdə "Formula 1"ə ev sahibliyi EDƏCƏK

Azərbaycan bu tarixdə “Formula 1″ə ev sahibliyi EDƏCƏK
Want create site? Find Free WordPress Themes and plugins.

Cədvəldə yer dəyişmək və iyun ayına keçmək mümkün olmayıb

A24.Az xəbər verir ki, Bakı şəhərində keçiriləcək növbəti “Formula 1” oyunları 2019-cu ilin aprel ayında olacaq. Bu barədə Sputnik Azərbaycan-a “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai məlumat verib. O, bildirib ki, yarışın iyun ayına salınmasına cəhd edilsə də, mümkün olmayıb: “Gələn il 21 ölkədə “Formula 1″ keçiriləcək. Ona görə də cədvəldə yer dəyişmək və iyun ayına keçmək mümkün olmadı. Baxmayaraq ki, vaxta az qalıb, artıq var gücümüzlə işlərə başlamışıq. Düşünürəm ki, bu il daha böyük yeniliklərlə Formula 1 sevənlərin qarşısında olacağıq”.

Arpadarai tezliklə biletlərin satışa çıxarılacağını dilə gətirib: “Biletlər oktyabr ayından satışa çıxarılacaq. Eyni zamanda hər il olduğu kimi, bu il də xüsusi kampaniyalar olacaq”.

N.Arpadarai “Formula-1” trasında inşaat işlərinə isə noyabrın sonları — dekabrın əvvəllərində start veriləcəyini də açıqlayıb: “İşlərimiz bununla bitmir. Qarşıda maraqlı tədbirlər, jurnalistlər üçün təlimlər də nəzərdə tutmuşuq. Mətbuat nümayəndələrinin verdikləri təklifləri də dəyərləndirməyə çalışacağıq”.

“Bu il də üç məşhur olduz şəhərimizin qonağı olacaq. Yenə də Kristal Hall Halda keçiriləcək. Ulduzların adlarını da yarışların keçirilməyindən bir neçə ay əvvəl qeyd edəcəyik” — deyə N.Arpadarai əlavə edib.

Qeyd edək ki, gələn mövsümün ilkin təqvimində Azərbaycan “Qran-pri”sinin 26 — 28 apreldə təşkili nəzərdə tutulub.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Formula1, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar