A24 Xeber

Azərbaycan çempionatının oyununda dava – Futbolçular bir-birini “qırdı”

Azərbaycan çempionatının oyununda dava – Futbolçular bir-birini “qırdı”
736
02 Mart 2017 - 17:47

Azərbaycan çempionatında 17 yaşadək futbolçular arasında keçirilən “Zirə” – “Neftçi” matçında dava düşüb.

A24.Az-ın məlumatına görə, kütləvi insidentin səbəbkarları “Zidə”dən Ramil Məmmədbağırov, “Neftçi”dən isə Mehman Mənsimov olub.

Onlar oyun başa çatdıqdan sonra dava-dalaşda iştirak ediblər. AFFA İntizam Komitəsi hər iki futbolçunu 5 oyun cəzalandırıb. “Zirə” və “Neftçi” klublarına xəbardarlıq olunub, bu halın yenidən baş verəcəyi təqdirdə hər iki klubu daha ciddi sanksiyalar gözləyir.

Qeyd edək ki, daha bir cəza 84-cü dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Zirə”nin futbolçusu Murad Məmmədova verilib. O, növbəti qarşılaşmanı buraxmalı olacaq.//Report.Az
OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00