Azərbaycan Cənub Qaz Dəhlizi üçün maliyyə öhdəliklərinin 46% ni icra edib - VİDEO

Azərbaycan Cənub Qaz Dəhlizi üçün maliyyə öhdəliklərinin 46% ni icra edib – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

“Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinə investisya qoyuluşuna tam sadiqdir və maliyyə öhdəliklərini vaxtında yerinə yetirməyə davam edir”. 

“A24.az” Lider.Tv-ə istinadən istinadən xəbər verir ki, bu barədə “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev bildirib.

O qeyd edib ki, Azərbaycan tərəfindən Cənub Qaz Dəhlizi layihəsinə daxil olan layihələrin maliyyələşdirilməsinə 5,212 mlrd. dollar həcmində vəsait qoyulub. Layihədə Azərbaycanın payının maliyyələşdirilməsi 11,454 mlrd. dollar həcmində qiymətləndirilir: “Beləliklə, Azərbaycan artıq maliyyə öhdəliklərinin 45,5%-ni yerinə yetirib”.

Ə.İsayev əlavə edib ki, bu il Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsinə 2,809 mlrd. dollar vəsait ayıracağı planlaşdırılır. QSC-nin baş direktorunun sözlərinə görə, bu həcmin 55,7%-i yaxud da 1,566 mlrd. dolları TANAP-a xərclənəcək, “Şahdəniz Mərhələ 2” üçün vəsaitin 30,2%-i və ya 847 mln. dolları ayrılacaq. Bu il TAP layihəsinə 278 mln. dollar, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinə isə 118 mln. dolların ayrılması nəzərdə tutulur.

https://youtu.be/En08WO1z6cE

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İqtisadiyyat, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar