Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində finala yüksəldi

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə” turnirində finala yüksəldi
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində “Böyük Dəbilqə” turnirində finala vəsiqə qazanıb.

A24.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan 27 yaşlı idmançı 1/16 finalda avstraliyalı Ceyk Benstedi, 1/8 finalda isə tacikistanlı Bəhruz Xocazodanı məğlub edib.

R.Orucov 1/4 finalda ermənistanlı Ferdinand Karapetyanla qarşılaşıb.

Görüş Azərbaycan cüdoçusunun qələbəsi ilə başa çatıb. Orucov qızıl xalla qalib gəlib. O, yarımfinalda almaniyalı İqor Vandtke ilə üz-üzə gəlib. Bu görüşün də taleyi əlavə hissədə həll olunub. Azərbaycan cüdoçusu rəqibinə ipponla qalib gələrək, finala yüksəlib. Həlledici görüşdə 27 yaşlı cüdoçu yaponiyalı Şohey Ono ilə qarşılaşacaq. Ono ilk görüşündə daha bir azərbaycanlı Hidayət Heydərova qalib gəlib.

81 kq-da yer alan Fəqan Quluzadə də elə ilk görüşdə polşalı Damian Şvarnoveçkiyə uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan cüdoçuları medalsız qalıblar.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar