A24 Xeber

Azərbaycan cüdoçusu “Rio-2016” Paralimpiya Oyunlarında finala yüksəlib

Azərbaycan cüdoçusu “Rio-2016” Paralimpiya Oyunlarında finala yüksəlib
211
08 Sentyabr 2016 - 20:51

Azərbaycan cüdoçusu Bayram Mustafayev (66 kq) “Rio-2016” Yay Paralimpiya Oyunlarında final mərhələsinə yüksəlib.

A24.az bildirir ki, APA-nın xəbərinə görə, Bayram Mustafayev ¼ finalda braziliyalı Halison Oliviera Botoya qalib gələrək yarımfinala adlayıb. Yarımfinalda cüdoçumuz yaponiyalı rəqibi Satoşi Fujimotoya qalib gələrək finala yüksəlib.

Həlledici  görüşdə cüdoçumuzun rəqibi Özbəkistan idmançısı Utkirjon Nigmatov olacaq.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00