A24 Xeber

Azərbaycan Fransa ilə hərbi sahədə əməkdaşlıq edəcək? – EKSPERT AÇIQLADI

Azərbaycan Fransa ilə hərbi sahədə əməkdaşlıq edəcək? – EKSPERT AÇIQLADI
1. 190
13 Mart 2017 - 17:32

Martın 12-də prezident İlham Əliyev Fransaya rəsmi səfərə gedib.

A24.Az xəbər verir ki, ölkə başçısı martın 13-də Parisdə “Thales lnternational” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi, “Credit Agricole SA” şirkətinin baş direktoru Ksavye Musca, “Airbus” şirkətinin müdafiə və kosmik sistemlər üzrə icraçı vitse-prezidenti Nikolya Şamosi, DCNS şirkətinin prezidenti Erve Qiyu, “Cifal” qrupunun prezidenti Jil Remi, “SUEZ” qrupun baş direktorunun müavini, eyni zamanda, MEDEF-in vitse-prezidenti xanım Marie-Ange Debon, həmçinin “Vivaction” şirkətinin prezidenti Rişar Mari ilə görüşüb.

Qeyd edək ki, prezidentin rəsmilər ilə görüş keçirdiyi “Thales” dünyanın 11-ci hərbi sənaye şirkətidir. “Airbus” şirkəti isə müdafiə və kosmik sistemlər üzrə avadanlıqlar istehsal edir.

Prezidentin Fransa səfərini A24.Az-a şərh edən hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Azərbaycan hansı ölkə ilə diplomatik əlaqədədirsə, həmin ölkə ilə görüşlərdə bütün sahələr (müdafiə, kosmik sistemlərdi, iqtisadi sahələr və.s)  üzrə müzakirələr aparılır:

Üzeyir Cəfərov

Üzeyir Cəfərov

“Hesab edirəm ki, prezidentin Fransaya səfərindən sonra yəqin ki, müvafiq qurumlar, güc strukturları, müdafiə və təhlükəsizlik sahəsində ölkə üçün vacib olan nə lazımdırsa, onları əldə edəcək. Fikrimcə, Fransa Azərbaycan əməkdaşlığı müdafiə və təhlükəsizlik sahəsini də əhatə edəcək. Düşünürəm ki, böyük ehtimalla yaxın zamanlarda həm Azərbaycanın Fransadakı səfirliyindəki hərbi attaşe, o cümlədən Fransanın Azərbaycandakı diplomatik nümayəndlərinin xətti ilə ölkə başçısının keçirdiyi görüşlərinin bir növ davamı olaraq, həmin o sahələr üzrə danışıqlar baş tutacaq. Azərbaycan üçün lazım olan hərbi təyinatlı avadanlıqları (düşünmürəm ki, hər hansı bir hərbi təyyarə və yaxuddakı tanklardan söhbət getsin), o cümlədən hərbi rabitə, hərbi tibb sahəsindən bir çox məhsulları əldə edəcək”.

Hərbi ekspert əlavə edib ki, Fransanın dünyada çox güclü hərbi sənaye kompleksi var:

“Fransa hər zaman hərbi sənaye kompleksinin məhsulları ilə tanınıb. Uzun illərdir hərbi sənaye kompleksini inkişaf etdirən bir ölkə kimi onların imkanları daha genişdir. Fransa Azərbaycanla əməkdaşlıqda bu imkanlardan maksimum istifadə etməyə çalışacaq ki, öz məhsullarını Azərbaycana təklif etsin. Çünki Azərbaycanın hərbi sənaye kompleksi son illərdə çox uğurlar əldə edib. Fransızlar da onun marağındadırlar ki, ən azından öz məhsullarını bizim regiona təqdim etsinlər. Hazırda Azərbaycanın maliyyə imkanları kifayət qədərdir. Ola bilsin ki, yaxın zamanda tərəflər arasında anlaşma imzalansın”.

Xatırladaq ki, prezident İlham Əliyev hazırda Fransada rəsmi səfərdədir.

Orxan Aslanlı, A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00