A24 Xeber

Azərbaycan GƏNC İSTEDAD tərəfindən İSPANYADA TƏMSİL OLUNDU

Azərbaycan GƏNC İSTEDAD tərəfindən İSPANYADA TƏMSİL OLUNDU
85
21 Aprel 2018 - 10:24

Ispaniyanın Valladolid şəhərində “Beynəlxalq Həftə” adlı tədbir keçirilib.
A24.Az xəbər verir ki, 54 ölkədən nümayəndələrin iştirak etdiyi tədbir Erasmus proqramı nəzdində baş tutub.
Həmin seçmə gənc istedadlar arasında Azərbaycan da təmsil edilib.

Qeyd edək ki, dünya miqyaslı layihə aprel ayının 16-20 tarixlərində baş tutub. Ölkəmizi isə Elmira Hüseynova təmsil edib. O Naxçıvan Universitetinin əməkdaşıdır.

Məlumat xarakterli bildirək ki, tədbir iki hissədən ibarət keçirilib: təlimlər və mədəni tədbirlər.

Təlimlər zamanı beynəlxalqlaşma, layihələr, onların yazılması və idarə olunması kimi mövzuların diskussiyası keçirilib.
Bununla yanaşı həmin ölkələrin təamları, Vallafolid,Valladolid, Sergovia ve Palencia nəzdində ekskursiyalar, gəzintilər də təşkil olunub.

Valladolid şəhərinin meri qonaqlarla öz iqamətgahında görüşərək belə tedbirlərin əhəmiyyətindən danışıb.

X.V, A24.Az

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00