Azərbaycan güləşçisi Avropa çempionu oldu

Azərbaycan güləşçisi Avropa çempionu oldu
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

A24.Az “Report”a istinadən xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan güləşçi həlledici görüşdə Estoniya təmsilçisi Helary Maegissalunu məğlub edib.

O, final görüşündə rəqibini 8:0 hesabı ilə üstələyərək Avropa çempionu olub.

Bu gün iki güləşçimiz bürünc medal uğrunda tatamiyə çıxacaq. 87 kq çəki dərəcəsində yarışan İslam Abbasov almaniyalı Denis Kudla, 77 kq çəkidə isə Elvin Mürsəliyev gürcü Tornike Camaşvili ilə qarşılaşacaq.

Qeyd edək ki, Rəsul Çunayev (72 kq) və Murad Məmmədov (60 kq) finala vəsiqə qazanıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar