Azərbaycan Gürcüstan və Ukrayna ilə birgə müəssisə təsis edəcək

Azərbaycan Gürcüstan və Ukrayna ilə birgə müəssisə təsis edəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Ukrayna Azərbaycanın nəqliyyat layihələrinə maraq göstərir. 

A24.Az xəbər verir ki, Bunu “Report”a açıqlamasında Ukraynanın Azərbaycandakı səfirliyinin ticarət və iqtisadi missiyasının rəhbəri Sergey Şitelyuk deyib.

Onun sözlərinə görə, iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətlərindən biri “Şərq-Qərb” layihəsi çərçivəsində “Yeni İpək Yolu” və “Trans Xəzər Beynəlxalq Nəqliyyat Narşrutu” (TBNM) layihələrinin həyata keçirilməsi və Azərbaycanın təklif etdiyi “Cənub-Qərb” layihəsində Ukraynanın iştirak etməsidir: “Ukrayna geosiyasi konyukturadakı ən son tendensiyaları və beynəlxalq nəqliyyat kommunikasiyalarının inkişafını nəzərə almaqla yalnız Qara dəniz hövzəsi ilə məhdudlaşmır, eyni zamanda beynəlxalq nəqliyyat siyasətini Türkiyə, Gürcüstan və Azərbaycanla inteqral əlaqə yaratmaqla qurur”.

Missiya rəhbəri qeyd edib ki, TBNM və “Cənub-Qərb” nəqliyyat marşrutu layihələrinin həyata keçirilməsi çərçivəsində bu ilin I yarısında Ukrayna və Gürcüstan, eləcə də Gürcüstan və Azərbaycan arasında bərə və dəmir yolu xəttinin istifadəyə verilməsi ilə bağlı ikitərəfli sazişlərin bağlanması gözlənilir: “Hazırda tərəflər Ukrayna, Gürcüstan və Azərbaycan arasındakı bərə-dəmir yolu əlaqəsinin yaradılması, ona xidmət göstərilməsi üzrə birgə müəssisənin yaradılmasına dair sazişin əsas elementlərini hazırlayırlar”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar