Azərbaycan Gürcüstandan elektrik enerjisinin idxalını dayandırıb

Azərbaycan Gürcüstandan elektrik enerjisinin idxalını dayandırıb
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Gürcüstandan elektrik enerjisinin idxalını dayandırıb.

“Azərenerji” ASC-dən A24.Az-a verilən xəbərə görə, hazırda enerji sisteminin dayanıqlı işi və respublikanın etibarlı elektrik enerjisi ilə təchizatı tam təmin edilir.

Gürcüstan enerji sistemindən elektrik enerjisinin idxalı dayandırılıb və Rusiya enerji sistemi ilə paralel iş rejimində razılaşdırılmış qrafik əsasında elektrik enerjisinin ötürülməsi həyata keçirilir.

Qeyd edək ki, “Azərenerji” ASC tərəfindən qidalandırılan istehlakçılar 100 faiz elektrik enerjisi ilə təchiz edilib. “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) 330 kilovoltluq yarımstansiyasında yanğın zamanı zədələnmiş avadanlıqların və sıradan çıxmış idarəetmə və rabitə kabellərinin bərpası üzrə müvafiq texniki tədbirlər davam etdirilir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar