Azərbaycan Hərbi Hava Qüvvələrinin bu helikopterləri ilk dəfə paradda uçacaq -FOTO

Azərbaycan Hərbi Hava Qüvvələrinin bu helikopterləri ilk dəfə paradda uçacaq -FOTO
Want create site? Find Free WordPress Themes and plugins.
Azərbaycan Ordusunun yaranmasının 100-cü ildönümü münasibəti ilə keçirilən hərbi parada Hərbi Hava Qüvvələrinin istifadəsinə yeni daxil edilmiş “Bell-412” helikopterləri də ilk dəfə cəlb olunub.

“A24.Az”ın “AzeriDefence”a istinadla məlumatına görə, HHQ-nin aviasiya vasitələrinin paytaxt səmasında keçirilən uçuşlarında Amerika istehsalı olan “Bell-412” helikopterləri ilk dəfə görüntülənib.

Uçuş edən 50-dək helikopterin arasında 2 ədəd “Bell-412” helikopteri yer alıb.

Qeyd edək ki, bu hərbi paradlarda nümyiş olunan ilk qeyri-sovet/rus helikopteridir.

Paradda “Bell-412” helikopterləri ilə yanaşı Mi-24, Mi-24G, Mi-35M zərbə, Mi-17 hərbi nəqliyyat və dəniz əməliyyatları üçün konfiqurasiya edilmiş Ka-27 helikopterləri də uçuş edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar