A24 Xeber

Azərbaycan idmançısı Qətərdə dünya kubokunun qalibi oldu

Azərbaycan idmançısı Qətərdə dünya kubokunun qalibi oldu
30
16 Sentyabr 2018 - 14:09

Qətərin paytaxtı Dohada üzgüçülük üzrə dünya kubokunun ikinci mərhələsinin ikinci günündə Azərbaycan idmançısı Maksim Şemberev kişilər arasında 200 metr məsafəyə batterflay üsulu ilə yarışda qalib olub.

“A24.az” “Report”a istinadən xəbər verir ki, Maksim Şemberev yüksək göstərici ilə qızıl medal qazanıb.

200 metr məsafəyə batterflay üsulu ilə yarışda ikinci yerə Macarıstan idmançısı David Verrasto, 3-cü yerə isə Çin komandasının idmançısı Yuhanq Vu çıxıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00