A24 Xeber

Azərbaycan İlahiyyat İnstitutu ilə bağlı dəyişiklik

Azərbaycan İlahiyyat İnstitutu ilə bağlı dəyişiklik
131
01 May 2018 - 8:39

Azərbaycan İlahiyyat İnstitutunun hüquqi statusu müəyyənləşib.

“A24.az” APA-ya istinadən verdiyi məlumata görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən Azərbaycan İlahiyyat İnstitutu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında” 2018-ci il 9 fevral tarixli sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaratmaq tapşırılıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00