A24 Xeber

Azərbaycan İrana məxsus tarixi oyunu adına yazmaq istəyib? – İDDİA

Azərbaycan İrana məxsus tarixi oyunu adına yazmaq istəyib? – İDDİA
105
30 Yanvar 2018 - 15:43

Çövkən oyunu UNESCO-nun siyahısına daxil edilib.

“A24.az” Türkiyə KİV-ə istinadən bildirir ki, mövzu ilə bağlı açıqlama verən İran Polo Federasiyasının sözçüsü Yaşar Bigam mütəxəssislərin əllərində olan sənədlərdə çövkənin qədim idman növlərindən biri olduğunu göstərib. Oyundan ilk dəfə Sasani sülaləsinin qurucusu Ardeşir Papakanın kitabında bəhs edilir. Bundan başqa oyundan əl yazmalarda, marşlarda, yazıçıların kitablarında danışılır, lakin qaydaları haqqında heç bir yerdə məlumat yoxdur. “Şahnamə” əsərində oyunda 14 nəfərin olması yazılsa da, “Kabusnamə”də 8 nəfər bildirilir.

Yaşar Bigam tarixi qaynaqlarda oyunun əsil adının çövkən olduğunu, İranda yarandığını və İrandan başqa digər ölkələrə yayılmağa başladığını qeyd edib.

Hazırda çövkən oyunun adı ingilislərlə anılır. Lakin ingilislər İranda yaranan oyunla Hindistanda tanış olub. Oyun daha sonra Avropaya yayılmağa başlayıb. 1880-cı ildə ilk dəfə “West Chester” beynəlxalq polo çempionatı gerçəkləşdirilib. Çempionatdan sonra oyun sürətlə Şimali və Cənubi Amerikaya yayılıb.

2002-ci ildə İranda bu idman növünün yenidən canlanması üçün Polo Federasiyası qurulub. Federasiyanın sözcüsü Yaşar Bigam bildirib ki, bu idman növünü daha əvvəl Azərbaycan da maddi mədəni miraslar siyahısına daxil etməyə çalışıb:

“2014-cü ildə Azərbaycanın UNESCO”ya çövkən oyunu üçün sorğu göndərdiyini öyrəndik. Daha sonra sabiq İran Polo Federasiyasının sədri Hamza İlhanizadənin köməyi ilə Azərbaycanı bu iddiasından vaz keçməsinə nail olduq”.

A24.az / MTM

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00