A24 Xeber

Azərbaycan İsrailin hərbi ixracatında neçənci yerdədi? – “Jerusalem Post” açıqladı

Azərbaycan İsrailin hərbi ixracatında neçənci yerdədi? – “Jerusalem Post” açıqladı
63
03 May 2018 - 22:55

İsrailin hərbi ixracatı 2017-ci ildə 40% artaraq 9.2 milyard ABŞ dollarına çatıb.

A24.Az-ın “The Jerusalem Post”a istinadən verdiyi məlumta görə, bu barədə İsrail Müdafiə Nazirliyinin Hərbi ixracat idarəsinin (SİBAT) direktoru briqada generalı Mixel Ben-Barux bildirib.

“Bu, İsrail müdafiə sənayesi üçün əhəmiyyətli bir müvəffəqiyyətdir və hər şeydən əvvəl, İsrailin müdafiə sənayesinin dünya səviyyəsindəki hörmət və nüfuzuna, onların məhsullarına olan tələbatı göstərir”, – deyə idarə rəisi qeyd edib.

SIBAT-ın məlumatına görə, 2017-ci ildə İsrail şirkətlərinin ixracatında raket əleyhinə müdafiə sistemləri (31%), radar sistemləri (17%), avioniklər (14%), quru qoşunları üçün sursatlar (9%), kommunikasiya sistemləri (9%), müşahidə və optika (8 %), PUA-lar (2%), dəniz sistemləri (1%), peyklər və yer sistemləri (1%) tutub.

İsrail müdafiə ixracatının ən böyük payı Asiya-Sakit ocean hövzəsi ölkələrinə olub və bu ümumi ixracatın 58%-ni təşkil edib. Sonrakı yerlərdə 21% Avropa, 14% Şimali Amerika, 5% Afrika və 2%-lə Latın Amerikası oldu.

Ben-Barux İsrailin dünyada silah ixracatçılarının ilk onluğunda olduğunu və Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) son hesabatında, İsrailin ABŞ, Rusiya, Fransa və Almaniyadan sonra dünyanın dördüncü böyük silah təchizatçısı olduğunu qeyd edib.

SIPRI-in məlumatına görə, Hindistan 2017-ci ildə 715 milyon dollar məbləğində müdafiə müqavilələri ilə İsraildən ən böyük hərbi texnika alıcısı olub. İkinci yerdə 142 milyon dollarlıq sifarişlə Vyetnam, üçüncü yerdə isə 137 milyon dollar sifarişlə Azərbaycan dayanıb.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00