Azərbaycan klubları Avropa Liqasında mübarizəyə başlayır

Azərbaycan klubları Avropa Liqasında mübarizəyə başlayır
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Avropa Liqasında 2017/18 mövsümünə start veriləcək.

I təsnifat mərhələsində 100 komanda mübarizə aparacaq.

Bu isə o deməkdi ki, ilk oyunlar çərçivəsində 50 görüş baş tutacaq.

Turnirdəki təmsilçilərimizdən “İnter” üçün “Fola” (Lüksemburq) – “Milsami” (Moldova) cütündə kimin üstün olacağı böyük önəm kəsb edir. Belə ki, bakılılar Serbiyanın “Mladost” komandasını mübarizədən kənarlaşdıracaqları halda, II təsnifat mərhələsində məhz bu cütün qalibi ilə üz-üzə gələcəklər.

İlkin mərhələdən azad olan “Qəbələ” isə diqqətini “Dinamo” (Batumi, Gürcüstan) – “Yagelloniya” (Polşa) cütünə yönəldəcək. İki oyunun nəticəsinə görə sevinəcək tərəf növbəti mərhələdə “Qəbələ”nin önünə çıxacaq.

Avropa Liqasındakı digər təmsilçimiz “Zirə”nin isə növbəti mərhələyə adlayacağı halda, Rumıniyanın “Astra” klubu ilə üz-üzə gələcəyi öncədən bəlli idi.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

29 iyun

21:00. “Zirə” (Azərbaycan) – “Differdanj” (Lüksemburq)

22:30. “Mladost” (Serbiya) – “İnter” (Azərbaycan)

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar