Azərbaycan kubokunda finalın məkanı və başlanma saatı açıqlandı

Azərbaycan kubokunda finalın məkanı və başlanma saatı açıqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

“Qəbələ” və “Keşlə” klubları arasında keçiriləcək Azərbaycan Kubokunun 2017/2018-ci illər mövsümünün final görüşünün püşkü atılıb. 

A24.Az  xəbər verir ki, Peşəkar Futbol Liqasında təşkil olunan püşkatmada “Qəbələ”dən Səbuhi Səfiyarlı, “Keşlə”dən isə İlqar Mustafayev iştirak edib.

Püşkatmanın nəticəsinə əsasən, “Keşlə” finalın nominal meydan sahibi olub.

Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü 28 May – Respublika Günündə Qəbələ şəhər stadionunda keçiriləcək. Mövsümün son oyunu saat 20:00-da start götürəcək.

(Oxu.az)

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar