Azərbaycan-Makedoniya oyununun hakimləri açıqlandı

Azərbaycan-Makedoniya oyununun hakimləri açıqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan millisinin Makedoniya ilə oyununun hakimləri müəyyənləşib.

A24.Az Türkiyə mətbuatına istinadən məlumat verir ki, martın 27-də Antalyada “Mardan” stadionunda keçiriləcək yoxlama matçını yerli hakimlər briqadası idarə edəcək.

Belə ki, görüşdə əsas referi türkiyəli Halis Özkahya olacaq. Ona həmyerliləri Kemal Yılmaz və Kerem Ersoy kömək edəcəklər. Qarşılaşmada dördüncü hakim funksiyasını isə Ali Palabıyık yerinə yetirəcək.

 Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar