A24 Xeber

Azərbaycan MSN-in mühəndisləri tərəfindən yeni raket yaradılıb

Azərbaycan MSN-in mühəndisləri tərəfindən yeni raket yaradılıb
56
30 Avqust 2018 - 18:52

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən taktiki raketin eksperimental nümunəsi yaradılıb.

“A24.az” xəbər verir ki, “AzeriDefence”nin məlumatına görə, modul tipli eksperimental taktiki raketin stend və alov sınaqlarının ilk mərhələsi uğurla başa çatıb. Bütün tərkib hissələrinin və qovşaqlarının işləmə qabiliyyəti yoxlanılıb.

Taktiki raketin tərkibinə daxil olan modulların tərkibini, taktiki-texniki göstəricilərini və işləmə ardıcıllığını dəyişməklə onun təyinatını, taktiki-texniki göstəricilərini və s. dəyişmək mümkündür. Raket yüksək dəqiqliyə malik olacaq.

Yeni raketin inert nümunəsinin sentyabr ayının 25-dən 27-dək Bakı şəhərində keçiriləcək ADEX-2018 beynəlxalq müdafiə sərgisində ilk dəfə təqdimatı nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00