A24 Xeber

Azərbaycan neftinin qiyməti 78 dolları ötdü

Azərbaycan neftinin qiyməti 78 dolları ötdü
27
30 Avqust 2018 - 8:24

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 27-də 78,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,64 dollar/barel çoxdur.

“A24.az” bildirir ki, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 27-də 77,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,62 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 27-də 74,45 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,27 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə avqustun 27-də 75,06 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,93 dollar/barel çoxdur.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00