Azərbaycan neftinin qiymətində dəyişiklik...

Azərbaycan neftinin qiymətində dəyişiklik…
Want create site? Find Free WordPress Themes and plugins.

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 31-də 79,38 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 0,35 dollar/barel çoxdur.

“A24.az” bildirir ki, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 31-də 77,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,83 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 31-də 76,66 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,29 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə avqustun 31-də 77,46 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,57 dollar/barel çoxdur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar