Azərbaycan neftinin SON QİYMƏTİ

Azərbaycan neftinin SON QİYMƏTİ
Want create site? Find Free WordPress Themes and plugins.

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 75,22 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 0,99 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 74,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,99 dollar/barel çoxdur.

 Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 70,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,98 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti isə 74,55 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,99 dollar/barel çoxdur.

A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar