Azərbaycan neftinin son qiyməti

Azərbaycan neftinin son qiyməti
Want create site? Find Free WordPress Themes and plugins.

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 20-də 46,01 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,68 dollar/barel azdır.

A24.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 20-də 45,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,67 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 20-də 43,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,74 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə iyunun 20-də 44,28 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,87 dollar/barel azdır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar