A24 Xeber

Azərbaycan Ordusu “Spike-ER” raketləri ilə hədəfləri belə vurdu – FOTO

Azərbaycan Ordusu “Spike-ER” raketləri ilə hədəfləri belə vurdu – FOTO
75
12 İyun 2018 - 14:26
Azərbaycan Ordusunun silahlanmasında yer alan “Spike-ER” tank əleyhinə idarə olunan raket komplekslərinin ilk atışları nümayiş olunub.

“A24.Az”ın “AzeriDefence”a istinadla məlumatına görə, Müdafiə Nazirliyinin bu gün yaydığı təlim foto və videosunda “Spike-ER” raketləri ilə hədəflərə atışları nümayiş etdirilib.

“Spike-ER” raketləri “SandCat” zirehli avtomobilinin üərinə qurulub. Bu raketin istənilən əraziyə qısa müddətdə nəqli, atışın həyata keçirilməsi, atışdan sonra qısa müddətdə yerini tərk etməsinə imkan verir.

Qeyd edək ki, “Spike-ER” raketinin atış uzaqlığı 8 km, yeni modifikasiyada isə 10 kilometr təşkil edir. raket 1000 mm qalınlığında zirehi dəlməyi bacarır.

“Spike-ER” TƏİR-ləri düşmənin tanklarını və zirehli texnikalarını döyüş meydanından kənarda, döyüşə girmədən dəqiq atışla məhv etməyə imkan verir.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00