Azərbaycan Ordusunun "SPİKE"ları - Düşməni vahiməyə salan raketin parametrləri - VİDEO - FOTOLAR

Azərbaycan Ordusunun “SPİKE”ları – Düşməni vahiməyə salan raketin parametrləri – VİDEO – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Erməni mətbuatı son günlərdə təşvişlə Azərbaycan ordusunun balansında olan “SPİKE” silahından yazır. Hətta iş o yerə çatıb ki, düşmən KİV-ləri bu gün Azərbaycan ordusunun onların texnikasını məhz bu silahla vurğunu iddia ediblər. Elə bu iddiaya Azərbaycan Müdafiə Nazirliyinin cavabı da gecikmədi və Xocavənd istiqamətində qoşunlarımız tərəfindən Ermənistan silahlı qüvvələrinə qarşı SPIKE tipli tank əleyhinə idarə olunan raketin tətbiq edilməsi barədə erməni mətbuatının yaydığı məlumata münasibət bildirildi.

Nazirlik A24.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, hərbçilərimiz qoşunlarımızın sərəncamında olan istənilən ən müasir silahlardan bütün cəbhə boyu istifadə etmək hüququna malikdir və düşmənin fəaliyyətinin qarşısını almaq imkanındadır.

Bəs ermənilərin gözünün odunu alan bu silah nədir və hansı xüsusiyyətlərə malikdir?

“SPİKE” ən müasir tank əleyhinə idarəolunan raketdir. İsrailin “Rafael” şirkəti tərəfindən hazırlanan “Spike” (“Tikan”) raket ailəsinin ümumi adıdır.
“Spike NLOS” (Non-Line Of Sight – “Üfüqün arxasında”). Adından da məlum olduğu kimi bu raket daha uzaq məsafədə yerləşən hədəfləri məhv etmək üçün nəzərdə tutulub.

Başlanğıc çəkisi 75 kiloqrama çatır, uzunluğu isə 1,5 m-dən çoxdur. Bu qabaritlər raketi uçuşun məsafəsini 25 km-a çatdıran, bərk yanacaqlı mühərrik ilə təchiz etməyə imkan verir.

 

 

“Spike” ailəsindən olan tank əleyhinə komplekslər geniş yayılıb. Bu silah İsrail və bir sıra başqa ölkələrin hərbçilərinin marağına səbəb olub. 90-cı illərin sonlarından “Spike-SR”, “Spike-MR” və “Spike-LR” sistemləri Azərbaycan, Belçika, Almaniya, İtaliya, Peru, Çili və digər Avropa və Cənubi Amerika ölkələrinə çatdırılır.

Qeyri dəqiq məlumata görə, hazırda Azərbaycanın Quru Qoşunlarının arsenalında 400 ədəd “Spike” raketi var.

https://www.youtube.com/watch?v=r97aAAQYpXk

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Araşdırma
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar