Azərbaycan Ordusunun yeni avtomatı – FOTO

Azərbaycan Ordusunun yeni avtomatı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Ordusu yeni avtomat modelini silahlanmaya qəbul edib.

“A24.az”ın “AzeriDefence” saytına istinadən verdiyi xəbərə görə, Quru Qoşunları İsrail istehsalı TAR-21 “Tavor” avtomatından sonra atıcı silahlarının sırasına daha birini daxil edib.

Yeni avtomat iyun ayının 11-də Raket-Artilleriya Qoşunlarının hərbi hissəsinin açılışı zamanı Prezident İlham Əliyevə təqdim olunub.

AR-15 “Aztex” adlı avtomat dizayn və iş prinsipinə görə Amerikanın məşhur AR-15 hücum tüfənginin xəttinə əsaslanır. Avtomat Azərbaycan istehsalıdır və sovet 7.62×39 mm kalibrli patronlardan istifadə edir. Effektiv atış məsafəsi 1000 metrdək göstərilir.

Adıçəkilən avtomatın növbəti partiyalarının da orduya verilməsi gözlənilir.

AR-15 “Aztex” avtomatı uzunluğu tənzimlənən teleskopik qundaqla və 3 hissədə (lülə qutusunun üzəri, sağ və sol tərəfdə) pikkatini tamasaları ilə komplektləşdirilib.

AR-15 rifles are displayed for sale at the Guntoberfest gun show in Oaks, Pennsylvania, U.S., October 6, 2017. REUTERS/Joshua Roberts – RC120D41AB00
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar