Azərbaycan öz yerli dərmanlarını istehsal edəcək: Onkoloji, QİÇS xəstəlikləri üçün 

Azərbaycan öz yerli dərmanlarını istehsal edəcək: Onkoloji, QİÇS xəstəlikləri üçün
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar istehsal olunacaq.

A24.Az Trend-ə istinadla xəbər verir ki, bu haqda  İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Azərbaycan-Rusiya birgə müəssisəsi olan “Hayat Pharm” tərəfindən Almaniya, İtaliya və digər Avropa ölkələrinin texnologiyası əsasında ildə 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və kapsul istehsal edəcək zavod inşa ediləcək. Zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus əleyhinə, diareya və qusmaya qarşı preparatlar, həmçinin rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək.

Ümumilikdə zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq. Gələcəkdə istehsalın genişləndirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, investisiya dəyəri 74 mln. ABŞ dolları olan əczaçılıq zavodunun tikintisi məqsədilə yaradılmış “Hayat Pharm” birgə müəssisəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC 10%, “Vita-A” MMC və “AR-Pharm” MMC isə hər biri 45% iştirak payına malikdir. Zavodun 2019-cu ildə fəaliyyətə başlaması nəzərdə tutulur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar