A24 Xeber

Azərbaycan prezidenti əfqanıstanlı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti əfqanıstanlı həmkarına başsağlığı verib
21
23 Aprel 2018 - 16:08

Azərbaycan prezidenti İlham Əliyev əfqanıstanlı həmkarı Məhəmməd Əşrəf Qaniyə başsağlığı verib.

A24.Az xəbər verir ki,  dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident,  Kabil şəhərində törədilmiş güclü partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi son dərəcə kədərləndirdi. Biz bu amansız terror aktından son dərəcə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı daha qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”.

A24.Az 

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00