Azərbaycan Prezidentinin Böyük Britaniyaya səfəri başlayıb - FOTOLAR 

Azərbaycan Prezidentinin Böyük Britaniyaya səfəri başlayıb – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin dəvəti ilə bu ölkəyə səfəri başlayıb.

A24.Az xəbər verir ki, aprelin 26-da Prezident İlham Əliyev Londonda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

Görüşdə “Şahdəniz” layihəsi üzrə görülən işlər, həmçinin bu ilin iyununda TANAP layihəsinin açılışı ilə bağlı fikir mübadiləsi aparılıb. “Şəfəq-Asiman” strukturu üzrə imzalanmış hasilatın pay bölgüsü sazişi əsasında görülən işlərin intensivləşdirilməsinin əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

prezidentin britaniyaya seferi baslayib ilham eliyev bp nin bas icraci direktoru ile gorusub

prezidentin britaniyaya seferi baslayib ilham eliyev bp nin bas icraci direktoru ile gorusub

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar