Azərbaycan qadınları 8 Martda hansı hədiyyəni gözləyirlər? - MARAQLI SORĞUNUN NƏTİCƏLƏRİ

Azərbaycan qadınları 8 Martda hansı hədiyyəni gözləyirlər? – MARAQLI SORĞUNUN NƏTİCƏLƏRİ
Want create site? Find Free WordPress Themes and plugins.

“ACT Azərbaycan” 22 – 27 fevral tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.

A24.Az xəbər verir ki, mart ayı girər-girməz qadınların üzünə təbəssüm, qəlblərinə sevinc qonur. Səbəbi hər kəsə məlumdur – 8 mart Beynəlxalq qadınlar günü. Sevgililər gününün xərcindən canını yenicə qurtaran kişilər bu dəfə də ətraflarındakı qadınları sevindirməlidirlər. Bəs 8 martda qadınlar kişilərdən nə hədiyyə gözləyir ?

Apardığımız sorğu nəticəsində məlum oldu ki, həm qadınlar (83 %), həm də kişilər (78 %) 8 mart beynəlxalq qadınlar gününü bayram olaraq qeyd edirlər. Hər iki cinsdən olan respondentlər bu günü evdə (78 %) qeyd etməyi tərcih edirlər.

Kişilər hər bayram olduğu kimi bu bayramda da qadınları bir dəstə gül ilə sevindirməyi düşünürlər ( 54 %). Qadınları ətirlə sevindirmək istəyən də yetəri qədərdir ( 45 %). 14 % kişi respondent qadınları sevindirməyin qısa yolunu tapıb. Onlar zərif cinsi pulla sevindirəcəklər. 13 % kişi isə bayramda əməlli-başlı xərc çəkərək zinət əşyası hədiyyə edəcək. Xanımların gözəlliyinə gözəllik qatıb onlara kosmetika və qulluq vasitələri hədiyyə etmək istəyənlər isə 8 %-dir.

Bəs görəsən Bakının zərif xanımları bu bayram günündə kişilərdən nə hədiyyə almaq istəyir ? Rəyini soruşduğumuz qadınların tam yarısı kişilərdən bir dəstə gül almaq istədiyini bildirib ( 50 %). Ətirlə bayramına əhval-ruhiyyə qatmaq istəyən xanımların da sayı kifayət qədərdi ( 46 %). “Əsas hədiyyə deyil, diqqətdir” deyən xanımlar isə sorğuda 10 % səs toplayıb. Maraqlısı odur ki, bu fikri səsləndirənlərin əksəriyyəti ahıl qadınlardır (65 və çox yaş-31% ). Gəlin, bu bayram günü onları diqqətdənkənar qoymayaq !

Sorğu 22 – 27 fevral tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Maraqlı, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar