"Azərbaycan Qarabağda bayrağının dalğalanmasını istəyirsə,..." - Erməni siyasətçidən SENSASİON ŞƏRT

“Azərbaycan Qarabağda bayrağının dalğalanmasını istəyirsə,…” – Erməni siyasətçidən SENSASİON ŞƏRT
Want create site? Find Free WordPress Themes and plugins.

“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olduğunu bəyan edirsə, danışıqlar prosesini pozmamalıdır”.

“A24.Az” bildirir ki, bu sözləri qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) prezidentinin mətbuat katibi David Babyan “Aysor.am”a verdiyi açıqlamada bildirib. Separatçı rejimin rəsmisi qeyd edib ki, əgər Azərbaycan münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu bəyan edirsə, o zaman danışıqlar prosesində uğursuzluğa gətirib çıxaran addımlar atmamalıdır.

“Yəni, ermənilərin çirkin siyasəti kimi anormal fikirlər irəli sürülməsin”.

Azərbaycan tərəfinin dəfələrlə təkrarladığı ifadələrinə toxunan mətbuat katibi “Bakı Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır, lakin beynəlxalq təşkilatların qərarlarının və qətnamələrinin icra mexanizmi yoxdur” deyib.

David Babayan
David Babayan

Ermənistanın 2016-cı ilin iyun ayından danışıqlardan qaçdığı haqda Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibinin bəyanatını şərh edən David Babayan Ermənistan tərəfinin heç vaxt ilkin şərtlər irəli sürmədiyini qeyd edib.

“Ermənistan tərəfi heç vaxt ilkin şərtlər irəli sürməyib. Biz danışıqlar prosesinin müxtəlif komponentlərini müzakirə etməyə hazırıq. Azərbaycan ərazilərini tələb edərkən Artsaxın (qondarma DQR) müstəqilliyini qəbul etmək istəmir. Hər gün iddia səsləndirilir ki, Azərbaycanın bayrağı Qarabağda dalğalanacaq. Əgər bayraqlarının dalğalanmasını istəyirlərsə, o zaman bizim müstəqilliyimizi tanısınlar və biz də onlara səfirlik üçün yer ayırarıq. Həmin səfirlikdə də bayraqları dalğalanar”, – deyə qondarma Dağlıq Qarabağ Respublikasının mətbuat katibi bildirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar