Azərbaycan Qran Prisi: Poul Həmiltonundur!

Azərbaycan Qran Prisi: Poul Həmiltonundur!
Want create site? Find Free WordPress Themes and plugins.

A24.az xatırladır ki, dünən baş tutan sərbəst yürüşlərdə Maks Ferstappen üstün olmuşdusa da, bu gün keçirilən son məşqlərdə Mercedes AMG liderliyi yenidən ələ almışdı və Bottas hamıdan sürətli olmuşdu. Pirelli ölkəmizə orta üçlüyü – Medium, Soft və SuperSoft tərkibləri gətirib. Medium tərkiblərdən əsasən bu gün baş tutan məşq sessiyasının əvvəlində istifadə edilib. Sürücülər bura gətirilmiş ən yumşaq tərkib olan SuperSoft-ları belə qızdırmaqda çətinlik çəkiblər.

Birinci sessiyada Palmer istisna olmaqla, bütün sürücülər SuperSoft təkərlərlə boksları tərk ediblər – britaniyalı sürücünün maşınında yağ sızıntısı aşkarlanıb və problemi vaxtında aradan qaldırmaq mümkün olmadığından sıralanma turunda iştirak etməyib. Səhvlər yenə də müşahidə edilib – Sayns, Maqnussen və Qrojan 2-ci, Massa isə 8-ci döngədə səhvə yol verib. Mercedes AMG, Ferrari və Red Bull-un sürücüləri ikinci cəhdlərinə çıxmayıblar.

Protokollara rekord nəticə ilə Həmilton başçılıq edib – 1:41.983. Palmerlə yanaşı, mübarizəni dayandıran digər sürücülər isə Alonso, Qrojan, Eriksson və Vandorn olublar.

İkinci sessiyada da sürücülərin hamısı trasa SuperSoft-la çıxıblar. Həmilton bu dəfə də rekordunu bir qədər yaxşılaşdırıb – 1:41.275. Ferrari və Red Bull sürücüləri onun nəticəsinə 0.6 saniyədən çox uduzublar. Bottas sessiyanın sonunda komanda yoldaşına bir qədər yaxın nəticə göstərib və ona 0.227 saniyə uduzub. Kvyat, Sayns, Maqnussen, Hülkenberq və Verlyayn mübarizəni dayandırıblar.

Son sessiyada Stroll və Force İndia-nın sürücüləri istisna, qalan 7 sürücü dərhal trasa çıxıb. İlk cəhdlərdən sonra Bottas Həmiltonun rekordunu 0.001 saniyə yaxşılaşdıraraq liderliyə yüksəlib – 1:41.274. Finlandiyalı həmin dövrəsində 8-ci döngədə kiçik səhvə də yol verib. İlk iki sektorun rekordu ilə gələn Həmilton isə 16-cı döngədə trasdan çıxıb və vaxt itirib. Lakin britaniyalı yenə də ikinci nəticəni göstərə bilib. Sessiyanın sonuna 3 dəqiqədən bir qədər çox qalmış, Rikkardonun maşını 6-cı döngənin çıxışında sürüşərək divara dəyib. RB13-ün arxa asılqanı sınıb. Sessiya qırmızı bayraqlarla dayandırılıb.

Yaşıl işıqlar təxminən 9 dəqiqə sonra yanıb. Poul uğrunda mübarizə qaldığı yerdən davam edib – ilk sektordan sonra Bottas daha üstün olub, lakin Lyuis ikinci sektorda möhtəşəm nəticə göstərərək rəqiblərini trasın təkcə bu hissəsində 0.3 saniyə üstələyib. Bottas nəticəsini yaxşılaşdırıb – 1:41.027. Həmilton isə 1:40.593-lük nəticə göstərib və keçənilki poul nəticəsini 2 saniyədən çox üstələyərək trasın yeni rekorduna imza atıb.

66-cı poulunu qazanan britaniyalı Ayrton Sennanı keçib. Mixael Şumaxerə çatmaq üçün isə cəmi 2 poul qalıb. Sabahkı yarışa Lyuisin yanından komanda yoldaşı Valtteri başlayacaq. İkinci cərgəni isə Ferrari sürücüləri zəbt ediblər – Rəykkönen bu dəfə Fetteli qabaqlayıb. Üçüncü cərgədən isə Ferstappen və Peres start alacaqlar.

Sabah bizi saat 17:00-dan etibarən gərgin yarış gözləyir. Azərbaycan Qran Prisi çox maraqlı olacaq!

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1 1:41.983 6 1 1:41.275 6 1:40.593 8
2 77 Valtteri Bottas Mercedes AMG 7 1:43.026 6 2 1:41.502 9 1:41.027 8
3 7 Kimi Rəykkönen Ferrari 3 1:42.678 8 5 1:42.090 7 1:41.693 8
4 5 Sebastyan Fettel Ferrari 6 1:42.952 9 3 1:41.911 7 1:41.841 7
5 33 Maks Ferstappen Red Bull 2 1:42.544 7 4 1:41.961 7 1:41.879 8
6 11 Serxio Peres Force İndia 9 1:43.162 8 8 1:42.467 7 1:42.111 6
7 31 Esteban Okon Force İndia 8 1:43.051 6 10 1:42.751 8 1:42.186 7
8 18 Ləns Stroll Williams 12 1:43.613 10 7 1:42.284 8 1:42.753 3
9 19 Felipe Massa Williams 10 1:43.165 9 9 1:42.735 7 1:42.798 6
10 3 Daniel Rikkardo Red Bull 4 1:42.857 8 6 1:42.215 7 1:43.414 5
11 26 Daniil Kvyat Toro Rosso 5 1:42.927 11 11 1:43.186 8
12 55 Karlos Sayns Toro Rosso 11 1:43.489 11 12 1:43.347 9
13 20 Kevin Maqnussen Haas 14 1:44.029 11 13 1:43.796 7
14 27 Niko Hülkenberq Renault 13 1:43.930 9 14 1:44.267 3
15 94 Paskal Verlyayn Sauber 15 1:44.317 10 15 1:44.603 8
16 14 Fernando Alonso McLaren 16 1:44.334 9
17 8 Roman Qrojan Haas 17 1:44.468 10
18 9 Marks Ferstappen Sauber 18 1:44.795 10
19 2 Stoffel Vandorn McLaren 19 1:45.030 8
20 31 Paskal Verlyayn Renault 20
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Formula1, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar