Azərbaycan Rusiya XİN-ə etirazını çatdıracaq

Azərbaycan Rusiya XİN-ə etirazını çatdıracaq
Want create site? Find Free WordPress Themes and plugins.

“Sputnik-Abxazia” saytı Abxaziya prezidenti kimi özünü təqdim edən Raul Xadjimbanın Rusiya XİN-nin 4-cü MDB idarəsinin rəisi Aleksey Pavlovski, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim, Dnestryanı və Cənubi Osetiya rejimlərinin nümayəndələri ilə görüşü barədə məlumat yayıb.

“A24.az” xəbər verir ki, Azərbaycan XİN bu görüşü regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndirib.

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qondarma rejimin nümayəndəsinin Rusiya XİN-nin nümayəndəsi ilə qarşı-qarşıya oturması ilə bağlı suala cavabında deyib:

“Bu heç bir halda regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün etimadın qurulmasına xidmət edən addım deyildir. Əksinə regionda ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edir”.

Nazirlik rəsmisi bildirib ki, diplomatik kanallarla etiraz və ciddi narahatlıq Rusiya XİN-ə çatdırılacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar