Azərbaycan Rusiyadan 5 milyard dollarlıq hərbi avadanlıqlar ALIB

Azərbaycan Rusiyadan 5 milyard dollarlıq hərbi avadanlıqlar ALIB
Want create site? Find Free WordPress Themes and plugins.

“Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir”.

“A24.Az” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçiyə səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi mətbuat konfransında deyib.

“Bu gün biz hərbi-texniki sahədə gələcək əməkdaşlığı da müzakirə etdik. Bu əməkdaşlığın artıq böyük ənənələri var. Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir. Ona görə ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini davam etdirir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla təchizatçısıdır”, – deyə Prezident bildirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar