A24 Xeber

Azərbaycan sahibkarlarından TƏKLİF: Daxili investisiyalar vergidən azad edilsin

Azərbaycan sahibkarlarından TƏKLİF: Daxili investisiyalar vergidən azad edilsin
43
03 May 2018 - 19:28

“Təklif edirik ki, fiziki və hüquqi şəxsin öz müəssisəsinə borc verməsinə, faiz tətbiq olunan əməliyyat kimi baxılmasın. Çünki Vergi Məcəlləsi VÖEN-i olmayan fiziki şəxsin borca pul verməsini qadağan etmir, pulun faizlə verilməsini qadağan edir. Şəxs öz müəssisəsinə borc verdiyi halda vergi buna mexaniki olaraq bazar qiymətinə əsasən faiz hesablayır. Bunun da əsasında da müvafiq vergi hesablanaraq ödəmə tələb olunur”.

“A24.Az” xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarovun sahibkarların görüşündə “Tuna” şirkətinin rəhbəri Rəşid Çulaqov deyib.

Onun fikrincə, müəssisəyə daxili imkanlar hesabına investisiya qoyuluşu vergiyə cəlb edilməməlidir: “Mən hesab edirəm ki, ümumiyyətlə investisiya mənbəyi kimi daxili mənbələr mühüm əhəmiyyət kəsb edir. Onlardan biri də təsisçinin öz qoyuluşudur. Ona görə də cəmiyyətin, sahibkarların faizli kreditlərə yönəldilməsi düzgün olmaz”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00