A24 Xeber

Azərbaycan snayperi ermənilərlə Tərtər sərhəddində kef edən amerikalı senatorun başını nişan aldı – Cəbhədən xəbər

Azərbaycan snayperi ermənilərlə Tərtər sərhəddində kef edən amerikalı senatorun başını nişan aldı – Cəbhədən xəbər
6. 254
12 Mart 2018 - 9:30

ABŞ Konqresinin ermənipərəst üzvü, Dağlıq Qarabağdakı qondarma erməni rejiminə və “soyqırım” iddialarına uzun illər dəstək vermiş Mark Kerk təmas xəttinin Tərtər istiqamətində olarkən Azərbaycan snayperinin atdığı güllə son anda onun başından yan keçib. Virtualaz.org xəbər verir ki, bu barədə Mark Kerk İrəvanda Ermənistan parlamentinin Fəxri medalını alarkən danışıb.

2010-2017-ci illərdə İllinoysk ştatından senator olmuş respublikaçı siyasətçi deyib ki, onun həyatını erməni əsgəri son anda xilas edib. Bir neçə il əvvəl konqresmen kimi Ermənistana gələn Mark Kerk təmas xəttinə baş çəkib situasiya ilə tanış olmaq istəyib. Bu, Kerkin İllinoysdan senator seçilməsindən əvvəl olub.

“Biz Tərtər yaxınlığında səngərdə idik, Azərbaycan ordusunun mövqelərini izləyirdik. Səhvən başımı səngərdən qaldırdım, bu vaxt hiss etdim ki, erməni əsgəri yaxamdan tutub aşağı çəkir. Elə həmin saniyə mənim başımın olduğu yerdən Azərbaycan mövqelərindən atılan güllə uçdu. Bu mənim üçün dərs oldu ki, gərək başını səngərdən çıxarmayasan”-Mark Kerk danışıb.

Erməni maraqlarının ən qatı müdafiəçilərindən biri olan Mark Kerk 2016-cı ildə Konqresə keçirilən araqlıq seçkiləri uduzub. Əgər həmin vaxt Azərbaycan snayperinin atdığı güllə hədəfə dəysəydi əlbəttə ki, Mark Kerk legitim hədəf olardı. Çünki onun işğal altındakı Azərbaycan ərazilərinə və üstəlik təmas xəttinə səfəri tamamilə qanunsuz, qeyri-leqal idi.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00