Azərbaycan teatrının fəaliyyəti beynəlxalq mətbuatda…

Azərbaycan teatrının fəaliyyəti beynəlxalq mətbuatda…
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 2011-ci ildən üzv olduğu Beynəlxalq ASSİTEJ mart ayı üçün dərc olunmuş aylıq elektron bülletendə Dövlət Gənc Tamaşaçılar Teatrının fəaliyyəti işıqlandırılıb.

Teatrın mətbuat xidmətindən A24.Az -a verilən məlumata görə bülletendə Dövlət Gənc Tamaşaçılar Teatrının iki əlamətdar bayram ərəfəsində xüsusi repertuarla çıxış edəcəyi qeyd olunub. “Uşağı teatra apar” devizi ilə baş tutacaq tamaşalar paradı 20 mart Azərbaycanın milli bayramı olan Novruz və Dünya Uşaq və Gənclər Teatrı Günü münasibətilə nümayiş etdiriləcək.
Bayramlar münasibətilə mart ayının 18-dən – 25-dək Dövlət Gənc Tamaşaçılar Teatrı cari repertuarında olan “Tıq-tıq xanım”, “Qoğalın nağılı”, “Uzuncorab Pippi”, “Çirkin ördək balası”, “Aycan”, “Buratinonun macəraları” tamaşaları göstəriləcək.
Məlumat üçün bildirək ki, Dünya Uşaq və Gənclər Teatr günü 15 il öncə Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ) tərəfindən təsis edilib. “Uşağı teatra apar” devizi ilə həyata keçirilən bu teatr bayramı dünyanın hər bir yerində yaşayan bütün azyaşlı uşaqlar və gənclərin teatra cəlb olunmasına xidmət edir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar